Posts

Showing posts from October, 2022

Həyat fəlsəfəsi şeiri

 Müəllif: Səməd Vurğun   Quşlar qatar-qatar ellərdən keçər, Bəşər nəsil-nəsil dünyadan köçər; İnsanlıq gah zəhər, gah şərbət içər… Əzəldən belədir hökmü zamanın – Düyümlü bir sirri var asimanın! Çarxını qurduqça dövranın əli Bəzən ağlar olur, bəzən gülməli… İnsanın ən böyük eşqi, əməli Bəzən aslan kimi çırpınır darda, Bəzən də qərq olur fırtınalarda… Dəyişir səmtini daima sular, Dəyişir fikirlər, dönür duyğular. Kainat tutmayır bir yerdə qərar: — Çarpır sinəsini qayalıqlara- O gah qışa çıxır, gah da bahara! Dünya binasını qurandan bəri Səadət adlanan o gözəl pəri Gəl! — deyə səsləmiş qərinələri; Yazıqlar olsun ki, hələ insanlıq Gəlib qovuşmamış ona bir anlıq. Ey dünya gözəli, qaçma bəşərdən! İnsandır ayıran xeyiri şərdən! Gəl onun eşqini ücüz tutma sən, – Qəlbi var, hissi var hər məhəbbətin, Qaralmaz ulduzu əbədiyyatın!… Ölüm bir iblisdir, həyat bir mələk! Varlığı izləyir heçlik kölgə tək… İşıq qaranlıqla pəncələşərək Yaşatmaq istəyir cahanda bizi, Günəş salamlayır iradəmizi! Yamanlıq,

Səni sevmək üçün gəldim dünyaya şeiri

  Müəllif: Zəlimxan Yaqub Çöldə çiçək oldum, çəməndə naxış, Şimşəkdə od oldum, buludda yağış. Sirli bir göz gördüm, nurlu bir baxış, Çevrildim çeşməyə, qarışdım çaya, Səni sevmək üçün gəldim dünyaya. Mən min il əvvəl də gələ bilərdim, Min ildən sonra da ölə bilərdim. Zamanı başqa cür hesablayardım, Vaxtı başqa cürə bölə bilərdim. Düşüb sən doğulan həftəyə, aya, Səni sevmək üçün gəldim dünyaya. Səsini eşitdim, səsdən səs aldım, Şaqraq gülüşündən güc, həvəs aldım. Sən nəfəsim oldun, mən nəfəs aldım, Muştuluq verdilər Günəşə, Aya, Səni sevmək üçün gəldim dünyaya. Neçə dinsizləri dinə gətirdim, Qorudum, sünbülü dənə gətirdim. Könlümdə nə varsa sənə gətirdim, Mənim yollarımı kəsə bilmədi Nə sərhəd, nə dəmir, nə daş, nə qaya, Səni sevmək üçün gəldim dünyaya. Məcnun da, Kərəm də, Fərhad da mənəm, Məcnuna, Fərhada qanad da mənəm. Ölüm də, sevgi də, həyat da mənəm, Şükür Yaradanın verdiyi paya, Səni sevmək üçün gəldim dünyaya. Səni sevmək üçün gəldim dünyaya.  

Sehrli Misralar - Haqqımızda

 Sehrli Misralar 2022-cil ildə oktyabrın 22-də qurulmuşdur. Şeirlərdəki hər misra, hər sətir sevgiylə alışıb-yanan ürəklərdən süzülər.. Və oxucun ürəyinə yol tapar, orda özünə yuva salar.. Vətənə, Millətə xeyirli və uğurlu olsun.