Həyat fəlsəfəsi şeiri
Müəllif: Səməd Vurğun Quşlar qatar-qatar ellərdən keçər, Bəşər nəsil-nəsil dünyadan köçər; İnsanlıq gah zəhər, gah şərbət içər… Əzəldən belədir hökmü zamanın – Düyümlü bir sirri var asimanın! Çarxını qurduqça dövranın əli Bəzən ağlar olur, bəzən gülməli… İnsanın ən böyük eşqi, əməli Bəzən aslan kimi çırpınır darda, Bəzən də qərq olur fırtınalarda… Dəyişir səmtini daima sular, Dəyişir fikirlər, dönür duyğular. Kainat tutmayır bir yerdə qərar: — Çarpır sinəsini qayalıqlara- O gah qışa çıxır, gah da bahara! Dünya binasını qurandan bəri Səadət adlanan o gözəl pəri Gəl! — deyə səsləmiş qərinələri; Yazıqlar olsun ki, hələ insanlıq Gəlib qovuşmamış ona bir anlıq. Ey dünya gözəli, qaçma bəşərdən! İnsandır ayıran xeyiri şərdən! Gəl onun eşqini ücüz tutma sən, – Qəlbi var, hissi var hər məhəbbətin, Qaralmaz ulduzu əbədiyyatın!… Ölüm bir iblisdir, həyat bir mələk! Varlığı izləyir heçlik kölgə tək… İşıq qaranlıqla pəncələşərək Yaşatmaq istəyir cahanda bizi, Günəş salamlayır iradəmizi! Yamanlıq,